Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanın ərazi bütövlüyünü tanıyır, sülhü ikiəlli dəstəkləyirəm: erməni deputat

Azərbaycanın ərazi bütövlüyünü tanıyır, sülhü ikiəlli dəstəkləyirəm: erməni deputat


Mən baş nazirin mətbuat konfransındakı bəyanatlarını diqqətlə dinlədim və Nikol Paşinyanın sülh gündəmini tamamlamaq səylərinə tam dəstəyimi bəyan edirəm. Sülh gündəmimizi iki əllə müdafiə edəcəyəm, bu proses Azərbaycan ilə sülhə gətirib çıxaracaq".

Publika.az xəbər verir ki, bunu Ermənistan parlamentində hakim “Mülki müqavilə” partiyasından olan deputat Qurgen Arsenyan deyib.

O, Paşinyanın siyasətinə dəstək verdiyini və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib.

"Biz Ermənistan adından, xalq adından qonşu ölkə ilə sülh prossesini başa çatdırmaqda maraqlı və qərarlıyıq. Hesab edirəm ki, bu, Ermənistan xalqı qarşısındakı ən mühüm missiyadır",- deyə Arsenyan yekunlaşdırıb

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ