Sizin reklam burada
Sizin reklam burada

Ərdoğan ilk turda qazanmaq üçün bu nəticələri gözləyir - DETALLAR

Ərdoğan ilk turda qazanmaq üçün bu nəticələri gözləyir - DETALLAR



Türkiyədə səslərin 99 faizinin sayılmasından sonra ilkin nəticələr bəllidir: Ərdoğan 49,35 faizlə liderdir; Kılıçdaroğlu 45 faiz, Sinan Oğan 5,22 faiz;

Ərdoğan səs faizinə görə seçkini qazanıb, bundan sonra açılacaq seçki qutularının nəticələri də Kılıçdaroğlunun irəliləməsini təmin edə bilməz. Lakin indi əsas məsələ seçkinin birinci turda bitəcəyi, yoxsa ikinci tura qalacağıdır. Ərdoğan dünən balkon çıxışında II turun mümkün ola biləcəyini dedi, lakin onu da qeyd etdi ki, “50,1 faizlə birinci turda həll edəcəyimizə inanıram”.

Onun bu mesajı seçicilərə hesablanmayıb, çünki səsvermə başa çatdıqdan sonra artıq səs faizlərinə hansısa çıxışla təsir etmək mümkün deyil. O zaman sual yaranır: Ərdoğan hansı nəticələrin açıqlanmasını gözləyir?

Türkiyə seçkilərinin proseduruna görə, xaricdə yaşayan vətəndaşlar bir neçə gün öncədən səs verir, verilən səslər seçki gününə qədər mühafizə olunur və ölkə daxilində səsvermə başa çatandan sonra sayılmasına start verilir. Lakin bu səslərin açılanması ölkə daxilindəki sayımla müqayisədə daha gec baş verir, səslərin sayılması və mühafizə altında Türkiyə Ali Seçki Orqanına təqdim edilməsi zaman alır. Əvvəlki illərlə müqayisədə bu seçkidə xaricdəki Türkiyə vətəndaşlarının səsvermədə iştirakı da çox olub: 1 milyon 817 min səs;

Bu səslər seçkinin birinci turda yekunlaşmasında həlledici amil ola bilər. Ərdoğanın gözlədiyi nəticələr də bunlardır. İndiyə qədər bu səslərin 71 faizi sayılıb və Ərdoğan 54,87, Kılıçdaroğlu 41,76 faiz səs alıb. Adətən xaricdəki seçicilərin 60 faizə qədəri Ərdoğanə dəstəkləyir. Bu nəticələr Ərdoğanın hazırki səslərinin üzərinə gəldikdə 50+1 faizinə çata biləcəyi, seçkinin ilk turda da həll ediləcəyi ehtimalı ön plandadır

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ