Sizin reklam burada
Sizin reklam burada

Paşinyanı sülhdən qaçaq salan ŞOK SƏBƏB - "Kılıçdaroğlu sevdası

Paşinyanı sülhdən qaçaq salan ŞOK SƏBƏB - "Kılıçdaroğlu sevdası



Düşünürəm ki, mayın 10-dan etibarən Azərbaycan-Ermənistan təmas xəttində vəziyyətin gərginləşməsini şərh edərkən 2 əsas məqama diqqət yetirməliyik.

Bunu Publika.az-a açıqlamasında siyasi analitik Elşən Məcidov deyib.

Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında mayın 14-də keçiriləcək Brüssel görüşü ərəfəsində cəbhədə durumun ağırlaşmasına münasibət bildirən ekspert gərginliyin məhz Paşinyanın Rusiyaya “Parad səfəri”ni yekunlaşdırdıqdan sonra başlamasına diqqət çəkib:

“Bildiyiniz kimi, Vaşinqton görüşünə görə Rusiya Ermənistana bütün təzyiqləri göstərdi. Məsələn, 1-4 may aralığında Ermənistana qaz axınını dayandırdı, "Metsamor" AES-i 75 günlük təmirə bağladı. Həmçinin Ermənistandan Rusiyaya göndərilən kənd təsərrüfatı məhsullarını Gürcüstanda Yuxarı Lars yolundakı nəzarət-buraxılış məntəqəsində bir neçə gün saxladı. Bütün bunlardan əlavə, ultimativ formada tələb etdi ki, Paşinyan Rusiyaya getsin və ABŞ-da danışılanlar orada müzakirə olunsun. Yəni belə qənaətə gəlmək olar ki, günlərdir təmas xəttində yaşanan gərginlik Rusiyanın Vaşinqton görüşünə aqressiyasının təzahürüdür”.

E.Məcidov qeyd edib ki, ABŞ administrasiyası əslində Brüssel görüşünü Vaşinqtonda təşkil olunan dördgünlük görüşlərin davamı, daha doğrusu, özünün diplomatik qüdrət göstəricisi hesab edir. Ermənistan isə təbii ki, ona qarşı açıq-aşkar şəkildə hörmətsizlik edə bilməzdi. Odur ki, Paşinyan Brüssel görüşündən cəbhədəki təxribatlarla yayınmağa çalışır.

Politoloqun sözlərinə görə, təmas xəttindəki gərgin vəziyyətin əsaslandığı daha bir faktor Türkiyədə sabah baş tutacaq prezident seçkiləridir. Belə ki, Ermənistan rəhbərliyi qardaş ölkədə siyasi durumun dəyişəcəyini düşünür. Onlar özlərini aldatmağa çalışır ki, Kamal Kılıçdaroğlu prezident seçiləcək, Azərbaycan-Türkiyə dostluq-qardaşlıq bağları qırılacaq və s. Beləliklə, N.Paşinyan özünün “Kılıçdaroğlu sevdası” ilə Brüssel görüşündən, sülhdən yayınır.

Siyasi analitik onu da vurğulayıb ki, Ermənistan diplomatiyadan yan gəzməklə özünün aqibətini çətinləşdirir. Çünki istər Paşinyan, istərsə də onun himayədarları Azərbaycan ordusunun gücündən xəbərdardır. Dövlət başçımız cənab İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı da bildirdi ki, əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq

  • Sosial şəbəkədə paylaş