Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan Prezidenti: “Qazaxıstanla qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, həyati zərurətdir”

Azərbaycan Prezidenti: “Qazaxıstanla qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, həyati zərurətdir”
“Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında bildirib.

Dövlətimizin başçısı qeyd edib:

“Çünki Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmləndirməyi diktə edir. Xüsusən ona görə ki, təəssüflər olsun, Xəzərin həm sizə, həm də bizə aid olan sahillərində dənizin sürətlə dayazlaşmasını müşahidə edirik”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ