Sizin reklam burada
Sizin reklam burada

İranın Azərbaycandakı səfirliyinin bağlanması ilə bağlı müraciət yoxdur

İranın Azərbaycandakı səfirliyinin bağlanması ilə bağlı müraciət yoxdur
“İranın Azərbaycandakı səfirliyinin bağlanması ilə bağlı müraciət almamışıq”.

Oxu.Az-ın məlumatına əsasən, bunu keçirdiyi brifinqdə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib.

O bildirib ki, Azərbaycan özü İran səfirliyinin bağlanması ilə bağlı qarşı tərəfə müraciət etməyib.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub.

Bundan sonra Azərbaycan İrandakı səfirliyinin fəaliyyətini dayandıraraq diplomatları təxliyə edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ