Sizin reklam burada
Sizin reklam burada

Laçın yolundakı aksiyanın tələbləri bu gün qəbul edilə bilər - Görüş keçirilib

Laçın yolundakı aksiyanın tələbləri bu gün qəbul edilə bilər - Görüş keçirilib



Laçın yolunda keçirilən aksiyanın tələbləri bu gün icra edilə bilər.

Publika.az xəbər verir ki, bu iddia ilə Ermənistan mediası çıxış edib.

“Hraparak” nəşri mənbələrinə istinadən iddia edir ki, Rusiya sülhməramlılarının iştirakı ilə görüş keçirilib və bu gün – 20 yanvar tarixində yolun açılacağı, tələblərin qəbul ediləcəyi razılaşdırılıb.

Qeyd edək ki, aksiyanın birdən çox tələbinin olduğu deyilir: sülhməramlıların müvəqqəti nəzarətindəki mədənlərdə monitorinqin aparılması, qanunsuz istismara son qoyulması; Laçın yolundakı buraxılış məntəqəsində Azərbaycan sərhədçilərinin dayanması, yolda yoxlanış üçün rentgen cizahlarının quraşdırılmış və s;

Bu tələblər icra edilmədiyi müddətdə aksiya dayandırılmayacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ