Sizin reklam burada
Sizin reklam burada

Türkiyənin XİN başçısı Azərbaycan səfirliklərinə hücumları qınayıb

Türkiyənin XİN başçısı Azərbaycan səfirliklərinə hücumları qınayıb

“Vyana razılığına əsasən, diplomatik missiyaların qorunması ev sahibinə aiddir”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının oktyabrın 17-də İstanbulda keçirilən iclasından sonra mətbuat konfransında “Report”un sualını cavablandırarkən deyib.

O bildirib ki, ölkələr səfirliyə hücumunun qarşısını almalıdırlar:

“Diplomatik missiyalara hücumlar qəbuledilməzdir. Diasporun bir qismi Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşmasını istəmir. Əlbəttə, onlar Ermənistanın Cənubi Qafqazda təcrid vəziyyətində qalacağı barədə düşünmürlər”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ