arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

Daha bir qazimiz yüksək texnologiyalı protezlə təmin ediləcək

Daha bir qazimiz yüksək texnologiyalı protezlə təmin ediləcək


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tarixi Zəfərimizin qəhrəmanlarından daha birinin - Əsgərzadə Bəkir Zakir oğlunun ailəsini ziyarət ediblər.

B.Əsgərzadə Vətən Müharibəsində şərəfli döyüş yolu keçib, döyüşlərin birində ağır yaralanıb. Onun 5 nəfərdən ibarət ailəsinin (qazinin anası, atası, qardaşı, bacısı) sosial vəziyyəti öyrənilib. Ailənin əmək qabiliyyətli olan, lakin işləməyən üzvlərinin məşğulluq məsələlərinin həlli üçün işlər aparılır.

B.Əsgərzadənin yüksək texnologiyalı protezlə təmin edilməsi qərara alınıb. Bununla əlaqədar o, Nazirliyin Protez Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə dəvət edilib. Mərkəzdə ölçülər götürülüb, protezləşməyə hazırlıq üçün evə buraxılıb. Qısa müddət ərzində qazimiz yüksək texnologiyalı protez ilə də təmin olunacaq.

AZƏRBAYCAN RESPUBLİKASI

ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN

İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ