Sizin reklam burada
Sizin reklam burada

Sahil Babayevdən pandemiya dövründə iş yerləri ilə bağlı AÇIQLAMA

Sahil Babayevdən pandemiya dövründə iş yerləri ilə bağlı AÇIQLAMA

“Pandemiya dövründə həm dövlət, həm də özəl sektorda iş yerlərinin qorunmasına nail olunub. Bu ilin əvvəlindən əmək müqavilələrinin sayı 85,4 min artıb”.

Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qurumda videobağlantı formasında keçirilən kollegiya iclasında deyib.

Onun sözlərinə görə, bu artım, əsasən, qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidlə bağlı olub:

“Yeni müqavilələrin hansı sahələr üzrə bağlanmasının təhlilinin aparılması, yeni bağlanan müqavilələrə post-karantin dövründə xitam verilməməsi üçün “Əmək müqaviləsi bildirişi” e-sistemi üzərindən ciddi nəzarətin həyata keçirilməsi tapşırılıb”.

S.Babayev qeyd edib ki, dövlət başçısının humanist siyasətinin nəticəsi olaraq, bu gün təkcə işsizlər deyil, onlarla bərabər, bu vaxta qədər qeyri-formal şəkildə, yəni əmək müqaviləsi olmadan işləmiş və elə bu səbəbdən də xüsusi karantin rejimində dərhal işini itirmiş insanlar da birdəfəlik ödəmə proqramı ilə əhatə olundular:

“Bu proqramın əhatə dairəsi üç dəfədən çox genişlənərək, 600 min nəfəri əhatə edəcək. Birdəfəlik ödəmə proqramının icra səviyyəsi son 12 gündə artıq 50 faizə çatıb. Digər tərəfdən, e-sosial.az portalının geniş funksional imkanlara malik təkmil infrastrukturu əhatəli bir proqram üzrə müraciətlərin qəbulu, emalı və birdəfəlik ödənişlərin gündəlik olaraq normal davam etdirilməsinə imkan verib.

Birdəfəlik ödəmə proqramının icra mexanizmi, proqrama edilən müraciətlər əsasında e-sosial.az portalında formalaşan geniş informasiya bazası əmək bazarı ilə bağlı yeni yanaşmalar əsasında ətraflı təhlillər aparmağa imkan yaradıb.

Bu imkandan istifadə edilməklə əmək bazarı ilə bağlı ciddi təhlillər aparılmalıdır. Xüsusilə qeyri-rəsmi məşğulluğun daha çox mövcud olduğu regionlar və iqtisadi fəaliyyət sahələrinin, əhali qrupunun müəyyən olunması araşdırılmalı və nəticələr əsasında təkliflər hazırlanmalıdır”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ