Sizin reklam burada
Sizin reklam burada

ADPU-nun Quba filialında daha bir ilk: "Online qonaq" layihəsi

ADPU-nun Quba filialında daha bir ilk: "Online qonaq" layihəsi

ADPU-nun Quba Filialında mövcud ekstremal şəraitlə əlaqədar olaraq tələbə və əməkdaşların məsafədən olsa belə bir vəhdət halında motivə edilməsi üçün filial rəhbərliyinin ideya və təşəbbüsləri əsasında müxtəlif layihələr irəli sürülür. "Online qonaq" layihəsi də bu məqsədlə həyata keçirilir.
Layihəmizdə növbəti dəyərli qonağımız “ORKHANWAY Coaching” şirkətinin rəhbəri, Beynəlxalq Əmək Təşkilatının biznes təlimçisi Orxan Şahbaz oldu. Orxan bəy həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünəməşğulluq proqramının biznes təlimlərini aparır.
Qonağı salamlayan filialın Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva bildirib ki, qonağımızın seçilməsi filialın Tələbə Gənclər Təşkilatının (TGT) apardığı şifahi sorğu ilə, tələbələr tərəfindən gəlmiş çoxsaylı təkliflər əsasında həyata keçirilib. Buna uyğun olaraq rəhbərliyə onlayn müraciət edilmiş və Orxan müəllim də təklifimizi qəbul etmişdir. Orxan bəyə belə çətin məqamda tələbə-gənclərin yanında olduğuna, onları motivə etdiyinə görə filial rəhbərliyi adından təşəkkür edilmiş, gənclərin də əslində belə onlayn təlimlərə çox maraqlı olduğu diqqətə çatdırılmşdır. Orxan müəllim 1 saat ərzində “Zoom” proqramı vasitəsilə təlimə qoşula bilən tələbələrimizə "Özünüifadə və natiqlik, uğurun sirri" adlı təlim ətrafında məlumat vermiş, tələbələri maraqlandıran suallara əhatəli cavablandırmışdır. Orxan müəllim səmimi söhbət əsnasında tələbələrə indiki zamanda sosial mediadan bir qədər uzaq olub, kitab oxumağın, çox məlumatlı olmağın əhəmiyyətini bildirmiş, onlara özünün də etdiyi kimi tələbə həyatında bütün tələbə təşkilatları ilə yaxından maraqlanmağın, fəal tələbə həyatı yaşamağın üstünlüklərini anlatmışdır. Sonda isə gənclərə heç zaman vaz keçməməyi, sevdikləri, seçdikləri ixtisaslarına müvəffəqiyyətlə yiyələnməyi tövsiyə edərək belə söylədi:
"Maslovun ehtiyaclar piramidasında deyilir ki, insan doğulandan ölənə qədər 5 ehtiyac sistemi keçir. Fizioloji ehtiyaclar, təhlükəsizlik ehtiyacı, sevgi və kiməsə aid olmaq ehtiyacı, hörmət və tanınmaq ehtiyacı və özünü aktuallaşdırmaq ehtiyacı. Digər ehtiyaclarda olduğu kimi, hörmət və tanınmaq ehtiyacı hər bir insan üçün vacibdir. Hər yerdə seçilmək istəyirsən. Hamı daxilində ən yaxşı olmaq istəyir. Məsələ odur ki, bütün insanlar bunu istəyir, amma ona çatmaq üçün nəyi isə etmir. İnsan istədiyi hər şeyə nail ola bilər. A planı alınmadısa B-yə keç, o da alınmadısa C planı ilə daha yaxşı edib A-nı və B-ni kölgədə qoya bilərik. Ona görə, uşaqlıqdan istəməli, ona çatmaq üçün əlimizdən gələni etməliyik.
Maraqlı təlimi, isti münasibətə, səmimi söhbətə görə kollektivimiz adından Orxan müəllimə bir daha təşəkkür edirik.

ADPU-nun Quba filialında daha bir ilk: "Online qonaq" layihəsi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ