Sizin reklam burada
Sizin reklam burada

Antalyada ağır yol qəzası olub, 5 nəfər ölüb

Antalyada ağır yol qəzası olub, 5 nəfər ölüb


Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər həyatını itirib, daha 2 nəfər isə yaralanıb.

Qəza Taşağıl-Dərəbucaq yolu üzərində, Beydiğin məhəlləsində baş verib. İdarəetmədən çıxan minik avtomobili uçuruma yuvarlanıb. Hadisə yerinə sağlamlıq, yanğınsöndürmə, AFAD və jandarma qrupları cəlb edilib.

Xilasedicilər uçuruma enərək avtomobildə olan 5 nəfərin öldüyünü müəyyən ediblər. Yaralanan 2 nəfər təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılıb.

Antalya valisi Hulusi Şahin bildirib ki, avtomobildə ümumilikdə 7 nəfər olub. Onun sözlərinə görə, yaralılardan biri hamilə qadındır və hadisə yerində aidiyyəti qurumların işi davam edir.

  • Sosial şəbəkədə paylaş