Sizin reklam burada
Sizin reklam burada

Binədə yol qəzası: 22 nəfər xəsarət aldı

Binədə yol qəzası: 22 nəfər xəsarət aldı

Bakının Xəzər rayonunun Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı 160 nömrəli marşrut xətti üzrə hərəkət edən "ISUZU" markalı avtobusla "Hyundai" markalı avtobus toqquşub.

Qəza nəticəsində xəsarət alan 22 nəfər müxtəlif tibb müəssisələrinə yerləşdirilib. TƏBİB-dən bildirilib ki, onlardan 13 nəfər (7 kişi, 6 qadın) Sabunçu Tibb Mərkəzinə, 9 nəfər isə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Kliniki Tibbi Mərkəzə aparılan şəxslərə bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu qoyulub. Onlara ilkin tibbi yardım göstərilib və müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralılarda isə baş, bədən və ətraf nahiyələrinin travmaları, eləcə də sınıqlar aşkarlanıb. 1972-ci il təvəllüdlü qadının vəziyyəti orta ağır qiymətləndirildiyindən müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Digər 12 nəfərin vəziyyəti qənaətbəxş hesab edildiyi üçün onlar ambulator müalicə üçün evə buraxılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ