Sizin reklam burada
Sizin reklam burada

Göyçayda 36 yaşlı kişi bıçaqlandı

Göyçayda 36 yaşlı kişi bıçaqlandı


Göyçayda bıçaqlanma hadisəsi baş verib.
Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 19 yaşlı Xəyyam Məmmədli şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı rayon sakini 36 yaşlı Elvin Umudova kəsicə alətlə xəsarət yetirib. E.Umudov xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır.

  • Sosial şəbəkədə paylaş