Xaçmazda piyadanın ölmü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə rayonun Həsənqala kəndi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili yolu keçmək istəyən 1990-cı il təvəllüdlü Cəlilov İzzət Saleh oğlunu vurub. Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
