Sizin reklam burada
Sizin reklam burada

Bir ailənin 4 üzvü qəzaya düşdü, yeniyetmə öldü

Bir ailənin 4 üzvü qəzaya düşdü, yeniyetmə öldü

Neftçalada baş verən qəzada yeniyetmə ölüb.

Hadisə Neftçala rayonunun Aşağı Surra kəndi ərazisində qeydə alınıb.

Məlumata görə, "Mersedes Sprinter" və VAZ-2106 markalı avtomobillər toqquşub. VAZ-2106-da olan Neftçala sakini, 2011-ci il təvəllüdlü Murad Sabir oğlu Ələkbərov xəstəxanaya aparılarkən yolda ölüb.

Onun 16 yaşlı qardaşı Neftçala Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Neftçala rayonu ərazisində bir nəfərin ölümü, 3-nün xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Nəqliyyat vasitələrinin toqquşması nəticəsində Murad Sabir oğlu Ələkbərov ölüb, Sabir Cabbar oğlu Ələkbərov, Nuranə Sübhan qızı Ələkbərova və Samir Sabir oğlu Ələkbərov isə yaralanıblar. Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəza zamanı ölən və yaralananlar bir ailənin üzvləridir.

  • Sosial şəbəkədə paylaş