Sizin reklam burada
Sizin reklam burada

Tovuzda ev güclü yanğından xilas edildi

Tovuzda ev güclü yanğından xilas edildiTovuz rayonu, Bozalqanlı kəndində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 40 m² olan köməkçi tikilidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik tikilmiş evə keçməsinə imkan verilmədən qısa müddətdə södürülüb.

Yanğın nəticəsində köməkçi tikilinin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 80 m² olan birmərtəbəli ikiotaqlı evin bir otağının plastikdən ibarət pəncərə çərçivəsi və içərisində olan 1 ədəd dolab yanıb.

Ev yanğından mühafizə olunub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ