Sizin reklam burada
Sizin reklam burada

Türkiyədə 5 ulduzlu hoteldə yanğın: İnsanlar təxliyə olundu

Türkiyədə 5 ulduzlu hoteldə yanğın: İnsanlar təxliyə olundu 

Türkiyənin Muğla vilayətinin Marmaris bölgəsində 5 ulduzlu hoteldə yanğın baş verib.

Hotelin qazanxanasında naməlum səbəbdən başlayan yanğın sürətlə böyüyərək otaqlara keçib.

Hotel işçilərinin məlumatı ilə hadisə yerinə çoxlu yanğınsöndürən və təcili yardım briqadaları göndərilib. Yanğının böyüməsi riski nəzərə alınaraq hoteldəki müştərilər və işçilər ehtiyat tədbiri olaraq təxliyə edilib.

Bölgədəki meşə idarəsinə bağlı qruplar da hadisənin nəzarət altına alınması üçün dəstək verir. Hazırda yanğının söndürülməsi üzrə işlər davam edir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ