arrow_down arrow_left arrow_right ca compl cross fav like login meta_cat meta_coms meta_date meta_mail meta_pages meta_reply meta_user meta_views next prev search sort speedbar tags fb gp mail od tw vk ya
Sizin reklam burada
Sizin reklam burada

NASA: 2032-ci ildə Ayla fəlakətli toqquşma ola bilər

NASA: 2032-ci ildə Ayla fəlakətli toqquşma ola bilər

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) 2024 YR4 asteroidinin 2032-ci ildə Ayla toqquşma ehtimalını yüksək qiymətləndirir.

Hazırda bu göstərici 3,8 faiz olduğu halda, fevralın sonunda 1,7 faiz təşkil etmişdi.

Toqquşmanın Yerin peykinin orbitinə təsir etməyəcəyi bildirilir. Asteroidin Aya çırpılmaması ehtimalı 96,2 faizdir.

Elm adamları "James Webb" kosmik teleskopunun köməyi ilə asteroidin ölçüsünü dəqiqləşdiriblər. Göy cismi 53-67 metrdir, bu, təxminən 10 mərtəbəli binanın ölçüsüdür.

Alimlərə görə, asteroid Yerə çırpılsa, bu, regional fəlakətə səbəb ola bilər. Eyni proqnoz Ay üçün də səsləndirilib. Amma orada yaşayış olmadığı üçün bu fəlakət hiss olunmayacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ