Sizin reklam burada
Sizin reklam burada

Bakıda yaşayış binasında yanğın olub: Sakinlər təxliyə edilib

Bakıda yaşayış binasında yanğın olub: Sakinlər təxliyə edilib


Bakıda yaşayış binasında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 11 ədəd elektrik sayğacı yanıb.

Yanğın zamanı səkkiz nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Sosial şəbəkədə paylaş