Sizin reklam burada
Sizin reklam burada

Bakı və Abşeronun bəzi hissələrində su olmayacaq

Bakı və Abşeronun bəzi hissələrində su olmayacaq
Bakı və Abşeronun bir sıra ərazilərində gün ərzində içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən məlumat verilib.

Bildirilib ki, magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar bu gün ərzində Binəqədi rayonunun bir hissəsinə (Biləcəri qəsəbəsi Yeni yaşayış massivi və Məlikaslanov küçəsinin bir hissəsinə, Rəsulzadə qəsəbəsi A.Hüseynov küçəsi və dəmiryolu ətrafı ərazilərə), həmçinin Abşeron rayonunun kənd Masazır ərazisinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ