Sizin reklam burada
Sizin reklam burada

Abşeronda yemək masasında baş verən mübahisə qanla bitdi

Abşeronda yemək masasında baş verən mübahisə qanla bitdi
Abşeronda 30 yaşlı kişi bıçaqlanıb.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 14:00 radələrində 1993-cü il təvəllüdlü Elvin Uçaqovun bıçaqla kəsici-deşici xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsinə dair polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Röyal Səlimov saxlanılıb. İlkin məlumata görə, hadisə iki şəxsin yeyib-içdikdən sonra aralarında yaranan mübahisə nəticəsində baş verib.

Araşdırma aparılır.

  • Sosial şəbəkədə paylaş