Sizin reklam burada
Sizin reklam burada

Orion” Ay ətrafında dövr etdi

Orion” Ay ətrafında dövr etdi
NASA-nın göyərtəsində ekipajı olmayan “Orion” pilotsuz kosmik gəmisi Ay ətrafında dövrə vurub.

Kosmik aparat Ay səthindən təxminən 130 km yüksəklikdə uçaraq, təxminən 8210 km/saat sürətlə hərəkət edib. Uçuş zamanı Orion Yerdən 370,149 min km-dən bir qədər çox məsafədə olub.

Noyabrın 25-də Orionun dərin retroqrad orbitə çıxacağı gözlənilir. O, sistemləri yoxlamaq üçün təxminən bir həftə orada qalacaq. Orionun Yerə qayıdışı dekabrın 11-də baş tutacaq.

Qeyd edək ki, kosmik aparat noyabrın 16-da buraxılıb. Bu, göyərtəsində insanların olmadığı bir kosmik gəminin ilk uçuş sınağıdır. Buraxılış ABŞ-ın Ay proqramı Artemida 1-in ilk mərhələsidir. İkinci mərhələ göyərtəsində ekipajın olduğu bir gəminin Ayın ətafında dövrə vurmasını, 2024-cü ilə planlaşdırılan üçüncü mərhələ isə insanların Yerin təbii peykinə enişini nəzərdə tutur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ