Sizin reklam burada
Sizin reklam burada

Sərhəddə bir ayda 937 min manatlıq qaçaqmal saxlanılıb

Sərhəddə bir ayda 937 min manatlıq qaçaqmal saxlanılıb


Oktyabr ayı ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 39 kq 036 qram narkоtik vasitə, 759 ədəd psixotrop həblər aşkarlanaraq götürülüb.

APA-nın xəbərinə görə, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında bildirilib.

Məlumata görə, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində hə­ya­ta kеçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 937 min 318 manat оlan qaçaqmal, о cümlədən spirtli içki və tütün məmulatları saxlanılıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ