Sizin reklam burada
Sizin reklam burada

Sentyabr ayından hansı məhsulların qiymətində artım olacaq? - AÇIQLAMA

Sentyabr ayından hansı məhsulların qiymətində artım olacaq? - AÇIQLAMA



Daxili bazarda qiymətlər durmadan artır. Bunun obyektiv və subyektiv səbəbləri var. Amma bir reallıq da var ki, yay başa çatandan sonra bır sıra yerli məhsullar ənənəvi olaraq bahalaşır.

Elə isə növbəti ayda hansı məhsulların qiymətində artım olacaq?

Mövzu ilə bağlı Bizim.media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, son vaxtlar şəkər tozunun qiyməti kəskin artıb:

“Bu qiymət artımı növbəti aylarda da davam edəcək. Çünki, dünyada və ölkəmizdə şəkər istehsalı azalıb. Düyü dünya bazarında xeyli bahalaşıb. Və bu da ölkəmizdəki qiymətlərə öz təsirini göstərməkdədir. Yəqin ki, yaxın vaxtlarda daxili bazarda düyünün qiyməti xeyli yüksələcək. Bundan əlavə, “Taxıl sazişi” də pozuldu. Bu səbəbdən dünya bazarında ərzaqlıq buğdanın qiyməti artmağa başlayıb. Eyni zamanda, bitki yağlarının qiymətində artım müşahidə olunur. Payıza doğru həm ərzaqlıq buğdanın, həm də bitki yağlarının qiymətinin artacağı gözlənilir. Bir sözlə, idxal etdiyimiz bir çox ərzaq məhsulları sentyabrdan başlayaraq bahalaşacaq”.

Akif Nəsirli onu da qeyd etdi ki, hazırda ölkə daxilində istehsal olunan məhsullardan yalnız şəkər tozunun qiymətində artım var:

“Amma düyü, kərə və bitki yağlarının bahalaşması dünya bazarındakı proseslərlə bağlıdır. Nəzərə alaq ki, Azərbaycan bazarı kiçik olduğundan yan təsirlərə daha çox məruz qalır. Bundan əlavə, müəyyən sahələrdə olan inhisarçılıq qiymətlərin süni artımını şərtləndirir.

Məsələn, dünya bazarında hansısa məhsulun qiymətinin artdığı barədə səslənən istənilən fikirdən yararlanan yerli işbazlar da anındaca qiymətləri artırırlar. Halbuki, dünya bazarında qiyməti artmış məhsulun ölkəmizə gəlib çıxması bir neçə ay çəkir.

Amma işbazlar bunu gözləmir, informasiyanı eşidən kimi hərəkətə keçirlər. Bundan başqa, yeni mövsüm başa çatdığı üçün bir sıra yerli kənd təsərrüfatı məhsullarının qiymətində sıçrayışlar olacaq. Gözlənilir ki, ət gələn aydan xeyli bahalaşsın”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ