Sizin reklam burada
Sizin reklam burada

Taleh Kazımov: Banklararası köçürmələrdə komissiyaların tutulması məsələsinə baxılacaq

Taleh Kazımov: Banklararası köçürmələrdə komissiyaların tutulması məsələsinə baxılacaq


"Kənd təsərrüfatı sahəsində kreditlər ən problemli portfellərdən biridir”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

O bildirib ki, girovsuz 50 min manata qədər kredit verilməsi problem yarada bilər: “Amma balanslaşdırma aparılması mümkündür. Banklararası köçürmələrdə komissiyaların tutulması məsələsinə də baxılacaq. Bu komissiyaların hesabına banklar nağdsız əməliyyatları təşviq edir. Yəni bunun hesabına istehlakçılara “cash back” verirlər. Bu gün Azərbaycan bu sahə üzrə regionda ən yüksək göstəricilərə sahibdir”.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ