Sizin reklam burada
Sizin reklam burada

Aİ rəsmisi: "Azərbaycanla Aİ arasında geniş ixrac imkanları var"

Aİ rəsmisi: "Azərbaycanla Aİ arasında geniş ixrac imkanları var"



"Biz Şərq Tərəfdaşlığı (ŞT) Ticarət Yardım Masası platformasının işə salınmasını alqışlayırıq. EaP Trade Helpdesk platformasından istifadə Azərbaycanın istifadə olunmamış ixrac potensialının açılmasında mühüm rol oynayır".

Bunu Şərq Tərəfdaşlığı (ŞT) Ticarət Yardım Masası platformasının təqdimat mərasimində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Müvəqqəti işlər vəkili Crtomir-Peter Fisinger deyib.

O bildirib ki, bu, siyasətçilərə və bizneslərə, o cümlədən KOM-lara Aİ və Azərbaycan arasında güclü tərəfdaşlıq çərçivəsində ŞT regionunda və Aİ-də ticarət üçün yeni bazarları və məhsulları düzgün planlaşdırmağa və müəyyən etməyə kömək edəcək.

Fisinger əlavə edib ki, Azərbaycanın ticarət dövriyyəsinin 45%-i, o cümlədən ixrac məhsullarının yarıdan çoxu Avropa ilə bağlıdır, o cümlədən Azərbaycan Avropa üçün fındığın əsas ixracatçısıdır. Sözügesən platforma bu baxımdan əlaqələrin daha da güclənməsinə şərait yaradacaq.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ