Fransa 2030-cu ilə qədər idxal edilən Rusiya qazının payını kənd təsərrüfatı tullantılarından alınan biometanla əvəz edə bilər.
Belə ki, fransalı fermerlər bioyanacaq istehsalı üçün kiçik müəssisələri işə salaraq Rusiya qazından azad olmaq uğrunda mübarizədə Avropaya dəstək veriblər.
Qeyd edilib ki, yüzlərlə və ya minlərlə qonşu ailəni qidalandıran kiçik qaz stansiyaları çətin ki, Rusiyadan gələn nəhəng qaz axınlarını sıxışdırsın. Bununla belə bioqazın Avropanın Rusiyanın enerji resurslarından asılılığını azaltmaq üçün tapmacanın mühüm parçası olduğu vurğulanıb.
Mənbə: Independent