Dövlət Məşğulluq Agentliyi tərəfindən şəhid ailəsi üzvləri və qazilərdə daxil olmaqla daha 60-dək şəxsə özünü məşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib.
Onlar Bakı şəhərinin, Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Samux, Şamaxı rayonlarının sakinləridir. Proqrama cəlb olunduqdan sonra həmin şəxslər istehsal-xidmət sahələri üzrə kiçik bizneslərini qurmaq üçün qısa müddətdə lazımi avadanlıqlarla təmin olunublar.
Hazırda proqram iştirakçılarına seçdikləri iqtisadi fəaliyyət növləri üzrə biznes-planlarına uyğun aktivlərin verilməsi davam edir. Agentlik ötən il 12600 şəxsi özünü məşğulluq proqramına cəlb edib. 2021-ci ildə isə 16 min şəxsin bu proqramla əhatə olunması nəzərdə tutulub.
AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ.