Sizin reklam burada
Sizin reklam burada

Azərbaycanda qızılla bağlı qərar verildi

Azərbaycanda qızılla bağlı qərar verildi


Azərbaycana gətirilən 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaza aksiz güzəştinin ləğv olunması ilə bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihədən çıxarılıb.

Bu, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn formatda iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn formatda iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində isə 188.1.1-ci maddəyə təklif olunan dəyişiklik çıxarılıb.

Xatırladaq ki, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn formatda iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi parlamentin fevralın 12-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.\apa.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ