3 aprel 2026-cı il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi , Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti muzeyində, Ağdam rayonu Qeys Əliyev adına Üçoğlan kənd mədəniyyət evinin birgə təşkilatçılığı ilə “Qəhrəmanlar unudulmur” adlı tədbir keçirilib. Tədbir əfsanəvi kəşfiyyatçı gizir, “Xani” ləqəbli mulki şəhid Səyyaf Əhmədovun mövlud günü və Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunub.
Tədbirdə veteranlar, qazilər, mədəniyyət işçiləri, məktəblilər, eləcə də qəhrəman kəşfiyyatçı, mülki şəhid Səyyaf Əhmədovun ailə üzvləri iştirak ediblər.
