Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan Muğamı" layihəsi çərçivəsində təqdim olunan "Muğam dəstgahları" konserti keçirilib. Konsert proqramı respublika və beynəlxalq müsabiqələr laureatı, prezident mükafatçısı Mustafa Aşurovun rəhbərliyi ilə Əməkdar kollektiv, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin müşayiətində təqdim edilib.
Beynəlxalq Muğam Mərkəzinin solistlərinin iştirakı ilə keçirilən konsertdə "Zabul-segah" dəstgahı Nisbət Sədrayeva və Hüseyn Məlikov, "Bayatı Kürd" dəstgahını Səbinə Ərəbli və Mirələm Mirələmov ifa ediblər.
Orkestrin müşayəti ilə xanəndələrin peşəkar ifaları tamaşaçıların böyük rəğbəti və alqışları ilə qarşılanıb.

