Balakən rayon Mədəniyyət Mərkəzində 20 sentyabr Dövlət Suverenliyi Günü ilə əlaqədar “Azad və Suveren Azərbaycan” başlığı altında ədəbi-bədii kompozisiya təşkil olunub.
Dövlət himni səsləndirilib, Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir çərçivəsində çıxış edənlər Azərbaycan xalqının azadlıq və dövlətçilik uğrunda apardığı mübarizədən, müstəqilliyimizin əhəmiyyətindən danışılıb.
Mədəniyyət Mərkəzinin hazırladığı vətənpərvərlik mövzusunda şeirlər ifa olunub, musiqi nömrələri və rəqs nümunələri təqdim olunub.
