Sizin reklam burada
Sizin reklam burada

"Mənim vətənim-kəndimdən başlayır" adlı müsabiqə xarakterli sərgi keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin 105-illiyinə həsr edilmiş layihələr çərçivəsində Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Şəki şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin təşkilatçılığı ilə "Mənim vətənim-kəndimdən başlayır" adlı müsabiqə xarakterli sərgi keçirilib.
Sərgidə Şəki -Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq incəsənət məktəblərinin şagirdləri tərəfindən hazırlanmış müxtəlif texnika və janrlarda əl işləri nümayiş olunub.
Rəsm əsərləri Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin müəyyən etdiyi komissiya tərəfindən dəyərləndirilib, seçilmiş əsərlər Bakı şəhərində müəyyən edilmiş sərgi salonunda sərgilənmək və mükafatlandırılmaq üçün qeydə alınıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ