Sizin reklam burada
Sizin reklam burada

Vaqif Aslanın 75 illik yubileyinə həsr olunmuş “Ay səni bağ yiyəsi” adlı ədəbi-bədii tədbir keçirilib

İyulun 7-də Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon Komitəsinin dəstəyi, Nakam adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə yazıçı, şair, dramaturq və tərcüməçi Vaqif Aslanın 75 illik yubileyinə həsr olunmuş “Ay səni bağ yiyəsi” adlı ədəbi-bədii tədbir keçirilib.
Şairin bağ evində baş tutan tədbirdə millət vəkili Cavanşir Feyziyev, Xalq artisti Gülyanaq Məmmədova, pedaqogika üzrə fəlsəfə doktoru, şair Aynur Qafarli, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin nümayəndələri, Kiş kənd bələdiyyəsinin rəhbərliyi, MİHİ Şəki rayon Komitəsinin və Şəki MKS-nin əməkdaşları, eləcə də şairin ailə üzvləri, yaxın qohumları iştirak ediblər.
Tədbirdə şairin yazdığı şeirlər Dilber Yaqubova, Şəfəq Xəlilova , Aynur Qaffarova, Nazilə Qaffarova, Könül Cabbarova tərəfindən səsləndirilib.
Şairin şeirlərinə bəstələnmiş musiqi nümunələri Şəki şəhər 3 nömrəli UMM-nin ansamblı və Mədəniyyət Mərkəzinin musiqiçiləri tərəfindən müşaiyət olunub.
Tədbirdə Vaqif Aslanın poetik irsi geniş şəkildə təqdim olunub. Şeirlərinə bəstələnmiş musiqi nümunələri Gülyanaq Məmmədova, Fərqanə Salamova, Namiq Aslanov, Yusif Yusifli, Aşıq Yaşar Cavadov və onun tələbəsi Həqiqət Əliyeva tərəfindən ifa olunub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ