




Martın 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Milli Teatr Gününə həsr olunmuş təntənəli bayram tədbiri və “Bölgə teatrlarının Bakı premyerası” layihəsinin bağlanış mərasimi keçirilib.
Gecədə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, həmçinin dünya şöhrətli gürcü rejissoru, Gürcüstanın Şota Rustaveli adına Milli Teatrının bədii rəhbəri Robert Sturua və teatrın direktoru Giorgi Tevzadze və bir sıra tanınmış mədəniyyət və incəsənət nümayəndələri iştirak edib.
#Azərbaycan #MədəniyyətNazirliyi #mədəniyyət #teatr