Sizin reklam burada
Sizin reklam burada

Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib

26 fevral 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Xocalı Rayon Mədəniyyət Evində Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib.
Əvvəlcə Xocalı soyqırımı abidəsinin önünə qərənfil dəstələri düzülüb. Sonra Xocalı şəhidlərinin fotostendlərindən, şəhidlərlə bağlı kitablardan ibarət sərgiyə baxış keçirilib.
Tədbir zamanı Xocalı soyqırımı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxışlar edilərək Xocalı faciəsi və Ermənistan ordusu tərəfindən xalqımıza qarşı törədilmiş cinayətlərdən danışılıb, Xocalı soyqırımının XX əsrin ən dəhşətli cinayətlərindən biri olduğu qeyd olunub. Bildirilib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında başlanan Vətən müharibəsi nəticəsində ermənilər tərəfindən işğal olunmuş torpaqlarımız artıq azaddır.
Sonda Xocalı soyqırımı itkilərindən bəhs edən, “13” adlı bədii-sənədli film təqdim olunub.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ