




28 fevral 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam Rayon MKS-nin 19 saylı Üçoğlan kənd kitabxanasında “Konstitusiya və suverenlik ili” münasibətilə tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra mövzu ətrafında çıxışlar edilib. Çıxışlar zamanı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ilk Konstitusiyasının hazırlanıb ümumxalq səsverməsi ilə qəbul edilməsindən danışılıb, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə başlanan Vətən müharibəsi ilə ölkəmizin ərazi bütövlüyünün tam bərpa edildiyi bildirilib.