Sizin reklam burada
Sizin reklam burada

“Suverenlik və İnkişaf” mövzusunda Şəki-Zaqatala regionuna regionunda gənclərinin iştirakı ilə Regional Forum keçirilib

07.02 2025-cil tarixdə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Şəki Olimpiya İdman Kompleksində “Gənclər həftəsi” çərçivəsində “2 Fevral-Azərbaycan Gəncləri Günü” münasibətilə “Suverenlik və İnkişaf” mövzusunda Şəki-Zaqatala regionuna regionunda gənclərinin iştirakı ilə Regional Forum keçirilib.
Forumda Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi Emil Bədəlov çıxış edərək ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyevin misilsiz xidmətlərindən, gənclərə göstərdiyi xüsusi diqqət və qayğıdan bəhs edib.
Forum öncəsi idarə, müəssisə, təşkilat əməkdaşları və bir qrup fəal gənc tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzərək, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Sonra Heydər Əliyev Mərkəzi ilə tanış olan gənclərə mərkəz əməkdaşı tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şərəfli ömür yolu, zəngin dövlətçilik irsi, ölkəmizin tərəqqisi uğrunda göstərdiyi çoxsaylı xidmətlərini özündə əksetdirən fotoşəkillər və arxiv sənədləri haqqında ətraflı məlumat verilib.
Daha sonra Şəki Olmipiya İdman Kompleksində forumun rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Gənclər siyasəti və Azərbaycanın suverenliyi mövzularını özündə əks etdirən videoçarx nümayiş olunub.
İl ərzində gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən gənclərə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim edilib.
Sonda tədbir bədii hissə ilə davam edib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ