


Uzun illər Mingəçevir şəhərinin Tarixi Muzeyinin direktoru vəzifəsində çalışmış Nofər Məmmədəli oğlu Məmmədəliyevlə görüş keçirilib.
Mingəçevir şəhərinin Tarixi Muzeyinin direktoru vəzifəsində çalışmış Nofər Məmmədəli oğlu Məmmədəliyevin çalışmanın yaş həddinə çatması ilə əlaqədar olaraq Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirovun, idarənin məsul əməkdaşlarının və mədəniyyət müəssisələrinin işçilərinin iştirakı ilə muzeydə görüş keçirilib.
Regional İdarənin rəisi Aydın Bəşirov çıxış edərək, Nofər Məmmədəliyevi təbrik etmiş, muzey sahəsində fəaliyyətinin yüksək qiymətləndirildiyini vurğulamışdır.
Daha sonra idarə rəisi muzey sahasində səmərəli fəaliyyətinə görə Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Fəxri fərmanını Nofər Məmmədliyevə təqdim edib.
Nofər Məmmədəliyev də öz növbəsində çıxış edərək, göstərilən diqqətə görə minnətdarlığını bildirib.