Sizin reklam burada
Sizin reklam burada

"Məndə sığar iki cahan" adlı ədəbi-bədii gecə keçirilib

"Məndə sığar iki cahan" adlı ədəbi-bədii gecə keçirilib
"Məndə sığar iki cahan" adlı ədəbi-bədii gecə keçirilib
"Məndə sığar iki cahan" adlı ədəbi-bədii gecə keçirilib


Qəbələ rayon Mədəniyyət Mərkəzində İmadəddin Nəsiminin 655 illiyinə həsr olunmuş "Məndə sığar iki cahan" adlı ədəbi-bədii gecə keçirilib
20 noyabr 2024-cü il tarixdə Qəbələ rayon Mədəniyyət Mərkəzində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 655 illiyi ilə əlaqədar "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" adlı ədəbi-bədii gecə keçirilib.
Azərbaycan poeziyasının yaradıcılarından biri olan İmadəddin Nəsiminin ədəbi fikrin mühüm siması olmaqla yanaşı, ümumilikdə Şərq dünyasının mədəniyyət tarixində özünəməxsus yeri olduğu bildirilib.
Tədbirdə şairin şeirlərindən nümunələr səsləndirilib, vurğulanıb ki, orta əsr klassik Azərbaycan lirikasının bənzərsiz nümunələrini yaratmış İmadəddin Nəsiminin şeirləri insanın qüdrəti haqqında himn kimi səslənir.
Tədbirdə həmçinin "Nəsimi" filmindən fraqmetlər nümayiş olunub.
#nəsimi #ədəbiyyat #incəsənət #mədəniyyət

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ