23 noyabr 2024-cü il tarixdə Qəbələ rayon Mədəniyyət Mərkəzində İ.B.Qutqaşınlı adına Qəbələ Xalq Teatrı tərəfindən "Göyçək Fatma" tamaşası yenidən nümayiş olunub.
Müsavər Qasımovun rejissorluğunu etdiyi, Elşən Salehov, Xəyal Gəncimov ,Müsavər Qasımov, Afət Əliyeva, Leyla Zakirova, Gündüz Mürşüdlü, Nihad Cəlilzadə, Cəhanə Əzizli, Bahar Qəhrəmanova, İlahə Sabirlinin rol aldığı tamaşa beşinci dəfədir ki, Qəbələ rayon Mədəniyyət Mərkəzinin səhnəsində nümayiş olunur.
Qeyd edək ki, Qəbələ Xalq Teatrının üzvləri bu tamaşa ilə ölkəmizin 10 rayonunda qastrol səfərdə olub və uğurla tamaşanı nümayiş etdiriblər. Tamaşanın işıq rejissoru Süleyman Yaqubov, səs rejissoru Maqsud Kərimov, rəssamı isə Malik Ağayevdir.
Tamaşa Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəhbərliyi və əməkdaşları həmçinin rayon ictimaiyyəti tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.
#teatr #tamaşa #xalqteatrı #mədəniyyət #incəsənət
