23 noyabr 2024-cü il tarixdə M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin, Şəki şəhər 3 nömrəli Uşaq Musiqi məktəbinin və Nakam adına Mərkəzi Kitabxananın birgə təşkilatçılığı ilə Vətən uğrunda canından keçən şəhid Şahmar Soltanlının xatirəsinə həsr olunmuş "Ölməz oğullar" adlı anım günü keçirilib.
Tədbir başlamadan əvvəl şəhidin məzarı ziyarət edilib. Tədbirdə şəhid ailələri, mədəniyyət işçiləri və şəhər ictimaiyyəti iştirak edib. Şahmar Soltanlıya həsr olunan şeirlər, musiqilər, çıxışlar dinlənilib.
#şəhid #vətən #mədəniyyət
