Stenddə ölkəmizdən 20-dən çox nəşriyyatın kitabları, ümumilikdə 2000 mindən çox nəşr nümunəsi yer alıb.
Stenddə Azərbaycanın dövlətçilik tarixi, Heydər Əliyev Fondunun ədəbiyyat və mədəniyyətimizlə bağlı nəşrləri, bədii ədəbiyyat nümunələri təqdim edilir.
Stenddə həmçinin tanınmış və gənc yazarlarımızın Türkiyədə türk dilində nəşr olunmuş əsərləri sərgilənir.
Türk Mədəniyyəti və İrsi Fondunun nəşrlərinə də Azərbaycan stendində ayrıca guşə ayrılıb.
Sərgi çərçivəsində milli stendimizdə 20-dən çox müxtəlif səpkili tədbirin təşkili nəzərdə tutulub.