31 Oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhər Heydər Əliyev Mərkəzində "31 oktyabr BMT-nin Dünya Şəhərlər Gününə" həsr olunmuş UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə dair dəyirmi masa təşkil edilib.
Dəyirmi masada, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Fərrux Cumayev və nazirliyin digər əməkdaşları, UNESCO üzrə Azərbaycan Respublilasının Milli komissiyasının ikinci katibi, Azərbaycan Reapublikasının UNESCO yanında daimi nümayəndəliyində atteşa, Şəki-Zaqatala və Lənkəran-Astara Regional Mədəniyət İdarələrinin, həmçinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşları, Bakı, Şəki və Lənkəran şəhər İcra Hakimiyyəti nümayəndələri, Azərbaycan Dizaynerlər Asossasyasının sədri, "Yaradıcı müzakirələr" layihəsinin koordinatoru, Yaradıcı Sənayenin İnkişafı Mərkəzinin əməkdaşları iştirak ediblər.
Göruşdə, şəhərlər tərəfindən şəbəkə çərçivəsində, alt-şəbəkə görüşlərində iştirak, rəsmi sayt, loqo, atributların və bölgü mexanizmlərinin formalaşdırılması, Bakı və Şəki şəhərlərində sənətkarlıq, Lənkəran şəhərində kulinariya sahəsində görülmüş və gələcəkdə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb, tövsiyələr verilib. Həmçinin Bakı, Şəki və Lənkəran şəhərlərində görülən işlər barədə yazılı və vizual təqdimatlar həyata keçirilib.
Qeyd edək ki, Şəki şəhəri UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə 2017-ci ildə daxil edilib. 2004-cü ildən etibarən şəbəkə üzvlərinin yaradıcı potensialı yeddi tematika üzrə müəyyən olunur: incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media və musiqi.
Şəki şəhərinin tarixi, əhalisi, coğrafiyası, mədəniyyəti, iqtisadiyyatı haqqında lazımi məlumatlar toplanaraq YUNESKO-ya təqdim edilib.
YUNESKO-nun faktaraşdırıcı missiyası Şəkidə səfərdə olub. Şəki şəhəri təkcə milli səviyyədə deyil, həmçinin beynəlxalq səviyyədə sənət və sənətkarlıq şəhəri adını alıb.
