Sizin reklam burada
Sizin reklam burada

Musiqi və incəsənət məktəblərində ustad dərsləri keçirləcək

Musiqi və incəsənət məktəblərində ustad dərsləri keçirləcək
Bu tədris ilindən başlayaraq musiqi və incəsənət məktəblərində tanınmış sənətkarlar və xaricdə təhsil almış gənc mütəxəssislərin iştirakı ilə ustad dərsləri keçiriləcək. Dərslər ilkin mərhələdə Bakı, Gəncə, Sumqayıt, Xırdalan, Şəki, Lənkəran, Füzuli, Quba və Qazax kimi böyük şəhərlərdə baş tutacaq.
Layihə çərçivəsində şagirdlər incəsənət sahəsində uğur qazanmış mütəxəssislərin ustad dərslərində iştirak edərək peşəkarlarla birbaşa ünsiyyət qurmaq və onların zəngin təcrübələrindən faydalanmaq imkanı əldə edəcəklər.
Ustad dərslərində xalq artisti Mənsum İbrahimov, ABŞ, Fransa, Almaniya, Avstriya, İtaliya və Norveçin aparıcı incəsənət universitetlərində təhsil almış əməkdar artistlər - Fuad İbrahimov, İlham Nəzərov, eyni zamanda Mustafa Mehmandarov, Vurğun Vəkilov, Humay Qasımzadə, Müşfiq Quliyev və Ümidə Abasovanın iştirakı nəzərdə tutulub.
Ustadların dərsləri gənc nəslin incəsənət sahəsində yüksək səviyyəli biliklərə yiyələnməsini və yerli istedadların inkişafını təşviq edəcək.
#MədəniyyətNazirliyi #mədəniyyət #musiqi #incəsənət

  • Sosial şəbəkədə paylaş