Sizin reklam burada
Sizin reklam burada

"Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib

"Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
"Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib
1 avqust 2024-cü il tarixdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı rayon MKS-nin Uşaq şöbəsində “1 Avqust-Azərbaycan əlifbası və Azərbaycan dili Günü” ilə əlaqədar "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib.
Tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəis müavini Əlisultan Sadıxov, İsmayıllı rayon MKS-in direktoru Orxan Ağayev, İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Araz Hüseyn çıxış ediblər. Natiqlər ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinə olan sevgisinə diqqət çəkərək, hər bir vətəndaşın dilimizə olan münasibətdə məhz ulu öndəri örnək almalı olduğunu vurğulayıblar.
Həmçinin hər bir xalqın ana dilinin onun milli sərvəti, varlığının təsdiqi və milli kimliyinin əsas atributu olduğunu bildiriblər.
Daha sonra "Heydər Əliyev və Azərbaycan dili" adlı videoçarx izlənilib.
#MinistryforCulture
#MədəniyyətNazirliyi
#Azərbaycan
#DağlıqŞirvanRMİ
#mədəniyyət

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ