30 iyul 2024-cü il tarixində Ağstafa Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Ağstafa rayon Heydər Əliyev adına istirahət parkında “Fırçadakı dünyam” adlı rəsm sərgisi keçirilib. Sərgidə canlı musiqi müşayəti ilə yerli rəssamların həmçinin istedadlı uşaq və gənclərin əl işlərindən ibarət 50-yə yaxın rəsm əsəri nümayiş olunub. Sərginin sonunda rəsm sahəsi üzrə istedadlı uşaq və gənclərə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərmanlar təqdim olundu.
#QazaxTovuzRMI #mədəniyyət #AğstafaDövlətRəsmQalereyası #art #rəssam #sərgi
