Sizin reklam burada
Sizin reklam burada

“Uşaqlar dünyamızın gülər üzüdür” adlı tədbir keçirilib

Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq “Uşaqlar dünyamızın gülər üzüdür” adlı tədbir keçirilib.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Qurbanzadə, idarənin əməkdaşları və digər qonaqlar iştirak ediblər.
İlk öncə Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin foyesində təşkil olunan rəsm sərgisinə baxış keçirilib. Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Qurbanzadə çıxış edərək uşaqları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik ediblər.
Daha sonra Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin şagirdlərinin ifasında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən konsert proqramı keçirilib.
#MədəniyyətNazirliyi
#DağlıqŞirvanRMİ
#1iyun

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ