Sizin reklam burada
Sizin reklam burada

“Sabirin yaradıcılığına səyahət” mövzusunda elmi-konfrans keçirilib

“Sabirin yaradıcılığına səyahət” mövzusunda elmi-konfrans keçirilib
“Sabirin yaradıcılığına səyahət” mövzusunda elmi-konfrans keçirilib
“Sabirin yaradıcılığına səyahət” mövzusunda elmi-konfrans keçirilib
“Sabirin yaradıcılığına səyahət” mövzusunda elmi-konfrans keçirilib
31 may 2024-cü il tarixində Şamaxı rayon Mirzə Ələkbər Sabirin ev Muzeyində elmi konfrans keçirildi. Şamaxı rayon M.Ə.Sabirin ev Muzeyi və Bakı şəhəri Cəlil Məmmədquluzadənin ev Muzeyinin birgə təşkilatçılığı ilə M.Ə. Sabirin ev Muzeyində şairin anadan olmasının 162-ci ildönümünə həsr olunmuş “Sabirin yaradıcılığına səyahət” mövzusunda elmi-konfrans keçirildi.
Konfrans iştirakçıları öncə Mizə Ələkbər Sabirin ev Muzeyi ilə tanış oldular.
Konfransı giriş sözü ilə açıq elan edən Şamaxı rayon Mirzə Ələkbər Sabirin ev Muzeyinin direktoru, Əməkdar Mədəniyyət İşçisi R.Xəlilzadə çıxışında xüsusi vurğuladı ki, Azərbaycanın xalq şairi, bədii-ictimai fikir tarixində yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabir kimi nəhəng satirik şairin meydana çıxması, sözün geniş mənasında, türk-müsəlman dünyası satirasının ən yüksək ədəbi nəticəsi sayılmalıdır.
Böyük qürur hissi ilə deyə bilərik ki, M.Ə.Sabir Azərbaycan ədəbiyyatı tarixində ədəbi məktəb yaratmış xalq şairi, böyük satirik ustad, mahir pedaqoqdur. N.Gəncəvi, M.Füzuli, M.P.Vaqif, M.F. Axundzadə,C.Məmmədquluzadə ənənələrini layiqincə davam etdirən Mirzə Ələkbər Sabirin satiraları özünəməxsusluğu, orijinallığı, sələflərinin poeziyasından fərqli xüsusiyyətləri ilə seçilir, ədəbi prosesə güclü təsir göstərən milli və bəşəri mövzuları ilə fərqlənir.
Milli oyanışa və azadlıq yolunda mücadiləyə, inkişaf və tərəqqiyə çağırış motivləri ilə zəngin olan M.Ə. Sabir və C.Məmmədquluzadə irsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dediyi kimi "Milli müstəqillik ideallarımızın mənbəyi" olmaq vəzifəsini uğurla həyata keçirməkdədir.
XX əsrin əvvəlində fəaliyyətə başlayan "Molla Nəsrəddin" jurnalında M.Ə.Sabirin və
C.Məmmədquluzadənin yaradıcılığı bu gün bizim üçün mənəviyyat mənbəyidir, mənəvi dayaqdır. İstər M.Ə Sabirin, istərsə də Cəlil Məmmədquluzadənin yaradıcılığında Azərbaycanın bütün milli xüsusiyyətləri, eyni zamanda ümumbəşəri dəyərləri əks etdirən fikirlər bizim milli ideologiyanın əsasıdır və həmin ideologiyanın yaranması üçün böyük sərvətdir.
Cəlil Məmmədquluzadənin ev Muzeyinin direktor v.m.i.e Y. Məmmədova, Cəlil Məmmədquluzadənin M.Ə.Sabirlə eyni məsləkə, eyni əqidəyə xidmət edən dostluğundan ətraflı söhbət açdı. Qeyd etdi ki, “Molla Nəsrəddin” ədəbi məktəbinin bütün qolları özünün təmsilçiləri, yetirmələri, davamçıları baxımından “məhsuldar” məktəb olmuşdur. C.Məmmədquluzadənin ev Muzeyinin əməkdaşı Y. Məhərrəmova C.Məmmədquluzadə və M.Ə.Sabir, yaradıcılığı haqqında məruzə ilə çıxış etdi.
Sonda Şamaxı rayon Avrova liseyinin və M.Veyisov adına 6 saylı tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxışlar etdilər və ifalarında şeirlər səsləndirildi.
#MƏSabir162
#MƏSabirinevMuzeyi
#C_Məmmədquluzadə
#Şamaxı
#DağlıqŞirvanRMİ
#mədəniyyət

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ