Mayın 31-də Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi, Mingəçevir Dövlət Dram Teatrı və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Mingəçevir Dövlət Dram Teatrında tədbir keçirilib.
Tədbirdə çıxış edən Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəisi Aydın Bəşirov, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi rəisi vəzifəsini icra edən Nargilə Qafarova və Mingəçevir Dövlət Dram Teatrının direktoru İntiqam Soltan bu gün münasibətilə uşaqları təbrik edib, dövlətimiz tərəfindən onlara göstərilən qayğıdan bəhs ediblər.
Tədbir, Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 nömrəli Onbirillik Musiqi Məktəbinin və Şəki şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin müəllim kollektivinin ifasında səsləndirilən milli musiqi nömrələri və ədəbi-bədii kompozisiyalarla davam etdirilib.